"Bakı Nəqliyyat Agentliyi" (BNA) piyadalar üçün 500 ədəd istiqamət göstərici lövhələrin alınması və quraşdırılması üçün "MG CONSTRUCTION" MMC adlı şirkətlə 920 000 manat ödəyəcək.
Eləcə də bax: BNA yol nişanları və svetefor dirəkləri üçün - 88 MİN MANAT XƏRCLƏDİ
FED.az "Yeniavaz"a istinadən xəbər veir ki, "MG CONSTRUCTION" MMC adlı şirkət ötən ilin dekabr ayının 5-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət 1 ədəd piyadalar üçün istiqamət göstərici lövhəni (quraşdırma ilə birgə) "Bakı Nəqliyyat Agentliyi"nə 1840 manatdan satacaq.