Tenderlər

Azərbaycanda dezinfeksiya tenderləri - SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda dezinfeksiya tenderləri - SİYAHI, MƏBLƏĞLƏR | FED.az
09:43 13 Mart 2020

2020-ci ilin əvvəlində Azərbaycanda dezinfeksiya malları və işləri üçün 12 tender keçirilib.

Eləcə də bax: 1 ayda dəftərxana ləvazimatlarına - 1 MİLYON MANAT XƏRCLƏNİB

FED.az xəbər verir ki, tenderlərin ümumi məbləği 617 min 653 manat olub.

Məbləği 100 mindən böyük olan tender müsabiqələrini Milli Arxiv İdarəsi və Ədliyyə Nazirliyin Tibb Baş İdarəsi keçirib. Bu tenderləri "Monolit-Eco" MMC, "Araş" Firması qazanıb. Milli Arxiv İdarəsinin 252 min 756 manatlıq tenderinin qalibi "Monolit-Eco" MMC, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 112 min manatlıq tenderini "Araş" Firması qazanıb.

"Epidbiomed" MMC 3 tenderin qalibi olub. Şirkət 3 tenderdən ümumilikdə  156 min 822 manat qazanıb. "Epidbiomed" MMC DİN-in Tibb İdarəsi, "ADY" MMC və "Bakı Konqres Mərkəzi" MMC-nin tenderlərini qazanıb.

Satınalan təşkilat

Qalibin adı

Tenderin adı

Məbləğ

1

Milli Arxiv İdarəsi

"Monolit-Eco" MMC

Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri

252.756

2

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

"Araş" Firması

Rentgen plyonkalarının, cərrahi, stomatoloji, dezinfeksiya edici və digər istismar materiallarının satın alınması

112.003

3

DİN-in Tibb İdarəsi

"Epidbiomed" MMC

Dezinfeksiya mallarının satın alınması

56.050

4

"ADY" MMC

"Epidbiomed" MMC

Dezinfeksiya malları

56.050

5

"Baki Konqres Mərkəzi" MMC

"Epidbiomed" MMC

Dezinfeksiyaedici maddələr və ziyanvericilərə qarşı mübarizə vasitələrinin satın alınması

44.722

6

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

"Eskulap LTD" MMC

Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri

35.400

7

"Azərbaycan Milli Konservatoriyası" MMC

"Vorld Gigiyena" MMC

Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri

14.160

8

"ADY" QSC Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyi

"Vorld Gigiyena" MMC

Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri

12.980

9

Respublika Incəsənət Gimnaziyası

"PROF-DEZ" MMC

Dezinfeksiya xidmətləri

12.716

10

Azərbaycan Texniki Universiteti

"PROF-DEZ" MMC

Dezinfeksiya xidmətləri

11.505

11

"Baki Konqres Mərkəzi" MMC

"Viktoriya" MMC

Dezinfeksiya xərclərini satınalınamsı

7.920

12

DİN-in Tibb İdarəsi

"Sanitariya Epidemioloji Xidmətlər" MMC

Deratizasiya, dezinseksiya və dezinfeksiya işləri

1.392

Cəmi:

617.653

 

Digər xəbərlər