6 ay müddətində dövlət qurumlarından qazanılmış 166 tender və 48 milyon manata yaxın sifariş. FED.az TENDER xəbər verir ki, Azərbaycanda özəl şirkətlərin və iş adamlarının 90%-nin arzusu olan bu göstəricilər ölkənin qeyri-rəsmi «tender çempionu» olan «İnpeks N» MMC-yə məxsusdur.
Sözügedən şirkət ilin əvvəlindən keçən 180 gün ərzində dövlət təşkilatlarından 166 tender və kotirovka sorğusu qazana bilib.
Şirkətin dövlət satınalmalarındakı uğurlu göstəriciləri və məhsuldarlığı fenomenaldır. FED.az-ın üşahidələri göstərir ki, indiyədək heç bir şirkət – ayrı-ayrı rayonlardakı aktiv iş adamlarını nəzərə almayanda – belə göstəricilərə nail olmayıb.
İlin əvvəlindən keçən dövr ərzində şənbə bazar günlərini, bayram və ümummilli matəm günlərini çıxanda təqribən 120 təmiz iş günü qalır. Bu hesabla «İnpeks N» hər gün orta hesabla 1,4 tender və ya kotirovka sorğusunun qalibi olub.
Şirkətin sifarişçiləri arasında bəzi dövlət qurumları ıxüsusilə fəaldırlar. Məsələn, sözügedən şirkət Mədəniyyət Nazirliyi və onun regional bölmələrinin onlarla tenderinin qalibi olub. Bu nazirliyin həm mərkəzi aparatının, həm bölgələrdəki regional idarələrinin, həm də ona tabeli qurumların – Axundov kitabxanası, Xoreqrafiya məktəbi, və BakıMədəniyyət İdarəsi dövlət satınalmaları zamanı «İnpeks N»in təkliflərinə üstünlük veriblər.
Maraqlıdır ki, bu il ərzində rəsmi açıqlanan məlumatlarda «İnpeks İ» başqa heç bir nazirliyin tenderini udmayıb.
Əvəzində, bir sıra rayonların mərkəzi Xəstəxanaları ehtiyclarını onunla ödəməyə üstünlük veriblər. Bunların arasında Bərdə, Kürdəmir və Ucar Xəstəxanaları var.
Yeri gəlmişkən, «İnpeks N» şirkətinin ən çox tender qazandığı rayonlar arasında Bərdə və Ağdaş rayonları xüsusidə seçilir.
Bunlardan başqa, sözügedən şirkət Bakı İcra Hakimiyyətinin bir neçə böyük tenderlərini qazanıb – cəmi 3 tender çərçivəsində 22,6 milyon manat.
«İnpeks İ»lə əməkdaşlıq edən rayonlar arasında Bakının Nərimanov, Yasamal, Suraxanı Sabunçu, Xəzər, Səbail və bölgələrdən Tərtər rayonu da var.
Bu il 166 tender udan şirkətə - SİFARİŞLƏRİ KİM VERİR? - SİYAHI
11:02
17 İyul 2019