Azərbaycanda nəhəngə neft-qaz layihələrinin reallaşmasında iştirak edən, o cümlədən «Əsrin müqaviləsi»nin operatoru olan BP-Azərbaycan şirkəti yerli şirkətlərlə əməkdaşlıq üçün təkliflərini açıqlayıb.
Eləcə də bax: BP-dən Azərbaycan şirkətlərinə - YENİ TƏKLİF 1
Şirkətdən FED.az-a verilən məlumata görə, əməkdaşlıq təkliflərindən biri belədir:
Şirkət “BP Gürcüstan” üçün Təhlükəsizlik Xidmətləri satın alır.
• Tbilisidə və Gürcüstann bölgələrində BP Gürcüstan üçün Peşəkar Təhlükəsizlik Riskinini Qarşısının Alınması Xidmətləri.
• Gürcüstanın bölgələrində (əməliyyat sahələrində) təhlükəsizlik üzrə məsləhət, risklərin idarə edilməsi və əlaqə saxlama xidmətləri
• Bütün kompleks elektron təhlükəsizlik sistemlərinin (İESS) (rəqəmsal şəbəkə ilə) layihələndirilməsi, təchizatı, quraşdırılması və texniki xidməti.
Habelə boru kəmərlərində fiber-optik kabel (FOK) ilə təchiz edilmiş kənar müdaxiləni elektron aşkarlama sistemləri üçün texniki xidmət; elektron təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması; Pilotsuz uçan aparatların (PUA-lar) istismarı və texniki xidməti
Təkliflərin qəbulu müddəti 02.12.2020-ci ildə bitir.