"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" 20 sentyabr 2021-ci il tarixdə elan edilmiş "Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat mallarının satın alınması"na dair keçirilmiş açıq tenderin qaliblərini elan edib.
Eləcə də bax: Dövlət Agentliyinin 1 milyon manatlıq tenderinin qalibləri - AÇIQLANDI
FED.az xəbər verir ki, tender komissiyasının qərarına əsasən hər bir mal vahidi üzrə qiymət səmərəliliyi nəzərə alınmaqla 7 qalib şirkət müəyyən edilib.
Bunlar
"Azərimed" Qapalı Səhmdar Cəmiyyəti,
"Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti,
"Solamedical" Məhdud Məsuliyyətli Cəmiyyəti,
"Medeks" Məhdud Məsuliyyətli Cəmiyyəti,
"Paşa-K" Firması,
"Clinic Medical" Məhdud Məsuliyyətli Cəmiyyəti və
"Besan" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Həmin şirkətlərlə 4 aprel 2022-ci il tarixdə satınalma müqaviləsi bağlanılıb.