Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Nazirlik odunları daşıyacaq şirkət axtarır - 1,6 MİLYONLUQ TENDER ELANI
FED.az xəbər verir ki, tenderə əsasən, P.Qəribov, S.Mehmandarov, Q.Nəbi və Aşıq Şakir küçələrində təmir işləri həyata keçiriləcək. Bu işləri görəcək qalib şirkət “Muğan-KİTT” MMC (VÖEN: 8100068181) olub.
Şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 435 098 AZN təşkil edir.
Qeyd edək ki, “Muğan-KİTT” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vəfa Paşayev Mehti oğludur. Hüquqi ünvanı AZ2415, Hacıqabul rayonu, Muğan ŞTQ, Muğan qəsəbəsi ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyil , lakin 2 523.39 AZN dəyərində vergi borcu var.