Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) bölgələrdə yerləşən «ASAN xidmət» mərkəzləri üçün təmizlik xidmətlərinin alınması ilə bağlı 9 tenderə yekun vurub.
Ali Məhkəmə 211 minlik təmizlik xidməti tenderinin qalibini – AÇIQLADI
Tenderlərdən ayrı ayrılıqda 3-nü "Lider Təmizlik" MMC və "Tompa Group" MMC şirkəti, 2-ni "Parlaq Məkan" MMC və 1-ni "Servis Xidməti" MMC şirkəti udub.
FED.az xəbər verir ki, qalib şirkətlərə toplmada 1 404 783 manat ödəniləcək.
Ən böyük məbləğ Tovuzdakı «ASAN Xidmət»ə, ən kiçik məbləğ isə Balakəndəki «ASAN Xidmət»ə sərf ediləcək.
Daha detallı qalib şirkətlər və məbləğlər haqqında məlumat aşağıda təqdim etdiyimiz cədvəldə :
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Mingəçevir regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Lider Təmizlik" MMC |
136 979 AZN |
1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Parlaq Məkan" MMC |
179 961 AZN |
Kürdəmir regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Tompa Group" MMC |
160 961 AZN |
Tovuz regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Lider Təmizlik" MMC |
250 000 AZN |
Şəki regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Lider Təmizlik" MMC |
159 017 AZN |
Şamaxı regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Parlaq Məkan" MMC |
174 011 AZN |
Sabirabad regional “ASAN xidmət” mərkəzində 2024-cü il üçün təmizlik xidmətlərinin satınalınması |
"Tompa Group" MMC |
133 988 AZN |
Quba regional “ASAN xidmət” mərkəzində 2024-cü il üçün təmizlik xidmətlərinin satınalınması |
"Servis Xidməti" MMC |
128 871 AZN |
Balakən regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması |
"Tompa Group" MMC |
80 995 AZN |