Bakı Nəqliyyat Agentliyi "Agentliyin verilənlər bazalarının, elektron sənədlərin, video məlumatların, səs yazılarının və serverlərin əməliyyat sistemlərinin məlumat saxlama avadanlıqları üçün istehsalçının zəmanət-texniki dəstək xidməti paketinin 12 aylıq uzadılmasının və 12 aylıq texniki dəstək xidmətlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki. tenderin qalibi "ARİS" MMC olub. Şirkətlə 742 min 494.68 manat məbləğində müqavilə imzalanıb.
"Aris" MMC bundan əvvəl Respublika Endokrinoloji Mərkəzi ilə 27 min 070.03 manat dəyərində "Maşın və avadanlıq mallarının satınalınması" tenderi üzrə müqavilə imzalayıb.
Qeydək ki, “ARIS” MMC IT xidmətləri, sistem inteqrasiyası, proqram təminatlarının yazılması, videomüşahidə, giriş-çıxış və parkinq sistemləri, bulud texnologiyaları və s. innovativ həllər ilə yerli və qlobal bazarda xidmət göstərir.