Bakı Nəqliyyat Agentliyi texniki dəstək xidməti ilə bağlı tenderin nəticələrini elan edib.
Bakı Nəqliyyat Agentliyi – TENDER KEÇİRİR
FED.az xəbər verir ki, qalib "Smartech System" MMC seçilib.
Tenderin dəyəri 2 166 480 manatdır.
Bağlanılacaq müqvaviləyə əsasən “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur.
Xatırladaq ki, "Smartech System" MMC eyniadlı tender üzrə 2021-ci ildə 3 249 720 manatlıq sifariş alıb (24.08.2021)