Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasına 40 min manata yaxın vəsait yönəldəcək.
Eləcə də bax: Səhiyyə Nazirliyinin 1,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, BNA “RSM Azerbaijan” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 39,918 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*