Bakı Nəqliyyat Agentliyi “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti üzrə elan etdiyi tenderin qalibi məlum olub.
Eləcə də bax: Dövlət qurumu İKT avadanlıqlarına - 1,4 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Smartech System” MMC olub.
BNA texniki dəstək xidmətinin göstərilməsi üçün “Smartech System” MMC ilə 2 milyon 166 min 480 manatlıq müqavilə bağlayıb.