Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusların satın alınması üzrə tender elan edib. Bu barədə agentliyin elanında deyilir.
Eləcə də bax: BNA sürkü yağları tenderinin – QALİBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 3,5 min manatdır.
Tenderin şərtlərinə görə, BNA 170 ədəd 10 metrlik sərnişin avtobusu və 150 ədəd 12 metrlik avtobus alacaq. Bütün avtobuslar maye qazla işləməlidir.
Tender təklifləri sentyabrın 2-dək qəbul olunur. Tender proseduru sentyabrın 3-də baş tutacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.