Bakı Nəqliyyat Agentliyi 3 milyon manatlıq tenderinin qalibini açıqlayıb.
Belə ki, “Bakı şəhərində yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması və mövcud svetofor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması” üzrə tenderin qalibi bəlli olub.
FED.az xəbər verir ki, 3 milyon 178 min 566 manatlıq tenderin qalibi Techmaster şirkətidir.
Tenderlə 323 ədəd svetafor quraşdırılacaq.