Bakı Mühəndislik Universiteti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
AMB-nin 549 min manatlıq tenderinə maraq olmadı - TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tender 2025–2028-ci illəri əhatə edən dövr üçün 100 əcnəbi tələbənin təhsil almaq məqsədilə universitetə gətirilməsi üzrə vasitəçilik xidmətlərinin satınalınması ilə bağlıdır.
Dövlət satınalmaları portalında yer alan məlumata görə, bu xidmətlərin satın alınması üçün qalib şirkət “Education in Azerbaijan” MMC (VÖEN:2008876771) olub.
Qalib şirkətlə imzalanan müqavilənin ümumi dəyəri 177 000 manat təşkil edir. Müqavilə çərçivəsində "Education in Azerbaijan" MMC qarşıdakı üç il ərzində əcnəbi vətəndaşların ali təhsil üçün Azərbaycana cəlb olunması və onların Bakı Mühəndislik Universitetinə yerləşdirilməsi prosesində vasitəçilik edəcək.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).