Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılıb.
-
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib - SƏRƏNCAM
-
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiqlənib- FƏRMAN
- İlham Əliyev Naxçıvanda Prezidentinin səlahiyyətli nümayəndəsini - QƏBUL ETDİ
FED.az xəbər verir ki, prezidentin fərmanı ilə təsdiq edilən əsasnaməyə görə, nümaynədəlik Prezident Administrasiyasının struktur bölməsidir.
Naxçıvan şəhərində yerləşən səlahiyyətli nümayəndəlik Naxçıvandakı yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirəcək və onlara nəzarət edəcək, eləcə də davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin edəcək.
Səlahiyyətli nümayəndə Naxçıvandakı ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etməlidir.
Bu işləri həyata keçirmək üçün səlahiyyətli nümayəndə yuxarıda sadalananlaran başqa yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq ərazinin inkişaf meyillərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi işinin təşkilinə nəzarət edəcək. Eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış layihələrə dair rəy verəcək.
Nümayəndəlik yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini, eləcə də ictimai, sosial və iqtisadi vəziyyəti təhlil edib və bu barədə Azərbaycan Prezidentinə məlumat da verməlidir.
Muxtar Respublikada, kadr işi, əhalinin problemlərini öyrənmək və onların həlli ilə bağlı Azərbaycan Prezidentinə təkliflər vermək və namyəndəliyin vəzifələri arasındadır.
Bu məqsədlə onun yerli icra hakimiyyəti başçılarına tapşırıqlar vermək, yerli icra hakimiyyəti başçısının müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi üçün Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək,
yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək kimi səlahiyyətlərə malik olacaq.
Bundan başqa, səlahiyyətli nümayəndə yerli icra hakimiyyəti başçıları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar da Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinə təkliflər vermək hüququna malikdir.
Əsasnaməyə görə, Prezidentin Naxçıvnadakı Səlahiyyətli nümayəndəsi birbaşa Prezidentə tabedir. Səlahiyyətli nümayəndənin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. Müavinləri səlahiyyətli nümayəndənin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.
Səlahiyyətli nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqini Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir.