Elektrik Paylayıcı Dövlət Şirkəti “Azərişıq”ASC noyabrın 20-də bu ilin oktyabr ayında alqı-satqı müsabiqəsi elan edilməmişdən bir ay əvvəl təsis edilən şirkətlə beton dayaqların alqısına dair müqavilə imzalayıb.
FED.az xəbər verir ki, Dövlət satınalmaları reyestrinin məlumatına görə, müqavilə “Enerji Təchizat Qrup” MMC-ə təqdim edilib (VÖEN: 7702251441). Müqavilənin dəyəri 2 milyon 290,2 min manatdır. Üç ay ərzində şirkət “Azərişıq” ASC-nin anbarına 10 min ədəd beton dayaq təhvil verəcək. Tenderdə namizədlər üçün yeganə şərt alınan malın minimal qiyməti idi. Tenderin digər iştirakçıları barədə məlumat verilmir.
Turan