“Azəristiliktəchizat” QSC “Azəristiliktəchizat ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkili məqsədilə maliyyə, mühasibatlıq, abonentlərə xidmətlərin təqdim edilməsi, təchizat, anbar uçotu, insan resursları və digər sahələrə aid proseslərin avtomatlaşdırılmasının təmin olunması məqsədi ilə 1C: Kompleks avtomatlaşdırma 2 proqram təminatının satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Binsoft Group" MMC olub. Şirkətlə 98 min 620 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Təhsil Tələbə Krediti Fondunun 36 min 365 manat dəyərindəki “Qeyri-maddi aktivlərin satın alınması” (06.06.2022) tenderini qazanıb.