Beynəlxalq Bank (“ABB”) ASC viza dəstəyi və səyahət sığortasının satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir. Tenderdə iştirak haqqı 100 (bir yüz) manatdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (Əlaqələndirici şəxs: Ülkər Şükürova, telefon: 012 4930091, daxili 8212, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (12 yanvar 2022-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 24 fevral 2022-ci il tarixinədək) qüvvədə olmalıdır;
- 1000 (bir min) manat dəyərində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 14 aprel 2022-ci il tarixinədək qüvvədə olmalıdır);
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər;
- iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05 yanvar 2022-cı il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 11 yanvar 2022-cı il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 12 yanvar 2022-cı il saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.