“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daşınmaz əmlakının icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası xidmətlərinin satınalınması məqsədilə tender elan edib.
Bankın “Xalq Qəzeti”ndə dərc etdirdiyi elanına görə, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak haqqı 100 manatdır
İddiaçılar tenderdə iştirak etmək sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 yanvar 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 yanvar 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 29 yanvar 2018-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.