“ABB” ASC-nin Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə təcrübəçi vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Korporativ müştərilərin sifarişlərinin qəbul olunması;
Maliyyə hesabatlarının təhlil olunması və müvafiq təhlil materiallarının hazırlanması;
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
Kredit sifarişlərinin yekun analiz nəticələrini Kredit Komitəsinə təqdim olunması.
Şəxsi keyfiyyətlər:
Analatiki bacarıqlar;
Ünsiyyət bacarığı;
Təqdimat bacarığı;
Problemləri həll etmə bacarığı;
Vaxtın idarəedilməsi;
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Azərbaycan, Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
Bu iş sizə nələri qazandıracaq:
Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Təşkilatların maliyyə analizlərinin aparılması təcrübəsi;
Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 Mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə təhlili” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA
15:38
12 Mart 2018