Gəncə Şəhər İcra Hakimiyyəti nəzdindəki məktəbəqədər müəssisələrdə 2018-ci ildə görüləcək əsaslı təmir işlərinin, alınacaq bərk və yumşaq inventarın satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. Bərk inventarların satınalınması.
Lot-2. Yumşaq inventarların satınalınması.
Lot-3. Əsaslı təmir işlərinin satınalınması.
Lot-4. Digər maşın və avadanlıqların satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, H.Əliyev meydanında yerləşən inzibati binadan ala bilərlər. İştirak haqqı hər lot üçün 40 manatdır. Təşkilat: Gəncə Şəhər İcra Hakimiyyəti H/h: AZ24CTRE000000000000025106 VÖEN: 2300571241 BANK: “ KAPİTAL BANK” KB – NIN Gəncə filalı Kod: 200275 VÖEN: 9900003611 Mh: AZ37NABZ01350100000000001944 S.W.I.F.T. BİK AİİBAZ 2X İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 12 mart 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflərdə 27 mart 2018-ci il saat 17.00-dək Gəncə şəhəri, H.Əliyev meydanında yerləşən inzibati binaya təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 28 mart 2018-ci il saat 10.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənəd təqdim etdikdə). Əlaqələndirici şəxs: Vəfa Məlikova, telefon: 0-22-256-10-39.
Tender komissiyası
Bərk inventarların satınalınması - TENDER
11:37
5 Fev 2018