Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası maşın və avadanlıqların satın alınması məqsədilə elektron açıq tender elan edir.
Azərbaycan Dəmir Yolları tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İŞTİRAK HAQQI: 30.00 (otuz) manat
TƏŞKİLAT: AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI
VÖEN: 1500374911
H/HESABI: AZ20AIIB38090019440138430118
BANKIN ADI: “KAPİTAL BANK” ASC GƏNCLİK FİLİALI
KOD: 200189
VÖEN: 9900003611
MÜXBİR HESABI: AZ37NABZ01350100000000001944
SWİFT BİK: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayışın alınma tarixi: sentyabr 2021-ci il).
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il).
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sentyabr 2020-ci il - sentyabr 2021-ci il müddətinə).
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (qeydiyyat sənədlərinin sentyabr 2021-ci il tarixə notarial qaydada təsdiq olunmuş nüsxələri).
9. Digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 08.10.2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 18.10.2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.10.2021-ci il saat 11:00-da açılacaqdır.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılacaqdır.