Bakı Dövlət Universiteti(BDU) İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınmasına 12,4 milyon manata yaxın vəsait yönəldəcək.
FED.az xəbər verir ki, “UNIVERSAL PRO” şirkəti ilə 12,397 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin icra müddəti 8 avqust 2023 - 30 aprel 2024-cü ildir. (İnterfaks-Azərbaycan)