“Dənizkənarı Bulvar İdarəsi” PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Ağdamda 53 milyon manata nə tikiləcək? - TENDER, ŞƏRTLƏR
FED.az xəbər verir ki, tender bayraq dirəyinin funksional vəziyyətinə nəzarət edilməsi, daimi monitorinq sisteminə daxil olan məlumatların təhlil edilməsi, həmçinin müvafiq hesabat və rəylərin hazırlanması xidmətlərini əhatə edib.
Tenderin qalibi "COWI UK Limited" şirkəti olub. Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 136 614 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, "COWI UK Limited" mühəndislik və məsləhət xidmətləri göstərən şirkətdir, ixtisaslaşdığı sahələrə körpülər, tunellər və infrastruktur layihələri daxildir. Şirkət 26 avqust 1994-cü ildə yaradılıb, baş ofisi Londonda yerləşir.