Baş Şirvan Kolektorunun İstismarı İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Ucar-Ağdaş-Göyçay rayonları ərazisində olan kollektor-dren şəbəkəsinin mexanizmlə lildən təmizlənmə işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2100113541
Satınalan təşkilatın ünvanı: Şirvan şəhər H.Z.Tağıyev qəsəbəsi Baş Şirvan Kİİ
Müsabiqənin başlama tarixi və vaxtı: 11.07.2023 23:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı:15.08.2023 17:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir.
Çatdırılma yeri - Ucar, Ağdaş, Göyşay rayonları ərazisi
Çatdırılma müddəti - 30.11.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Rekvizitlər.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.
İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Xətai Mazanov, Kompüter operatoru
Email: [email protected]
Əlaqə telefonu: 0507331125
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Kollektorların ekskavatorla lildən təmizlənməsi |
Əsas Şərtlər Toplusunun Bölmə 3, T.İ.T 13.3.8 əsasən |
184,037 |
m(3) |
2 |
Kollektorların bermasının buldozerlə hamarlanması. |
Əsas Şərtlər Toplusunun Bölmə 3, T.İ.T 13.3.8 əsasən |
68,876 |
m(3) |