Azərbaycan Respublikasının Baş Prokurorluğu müxtəlif xidmətlərin satın alınması ilə bağlı 3 tenderinin nəticələrini açıqlayıb.
Eləcə də bax: Xarici İşlər Nazirliyini tenderlərini kimlər qazanır - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Prokurorluğun tərcümə xidmətlərin tenderinin qalibi fiziki şəxs Elçin Həsənov olub, onunla 72800 AZN məbləğində müqavilə imzalanıb.
Avtomobil təmiri xidmətlərinin satınalması üzrə tenderdə «Avtoservis 555» MMC qalib gəlib – 119 652 AZN məbləğində müqavilə bağlanıb.
Texniki dəstək xidmətlərinin satınalması tenderinin qalibi isə «AZ SERVİCES» MMC olub – bu şirkətlə 177 min manatlıq müqavilə imzalanıb.