Baş Prokurorluq video, foto, kopiraytinq xidmətləri və rəqəmsal fəaliyyətlərin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 28.02.2022-ci il saat 18:00-a kimidir və tenderdə iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - mütləqdir. Arayış elandan sonrakı tarixə alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - mütləqdir. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı - bank tərəfindən təsdiq olunmuş sənəd skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - mütləqdir. Elandan sonrakı tarixə alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Nizamnamə - sənədin notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir);
Qeydiyyatdan keçdiyi ölkə - mütləqdir. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Rekvizitlər - bank tərəfindən təsdiq olunmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Dövlət reyestrindən çıxarış - sənədin notarial qaydada təsdiqinin skan edilmiş surəti pdf formatında yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir);
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış - sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Pərviz Adgözəlov, maddi-texniki təminat şöbəsinin rəis müavini.
E-mail: [email protected]
Telefon: 0124926480