Rəsmi məlumatlara görə, Baş Dövlət Yol Polisi 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 12 müqavilə bağlayıb. Müqavilələrin ümumi məbləği 2 milyon 840,9 min manat təşkil edib.
FED.az xəbər verir ki, nazirliyin ən yüksək məbləğdə bağladığı müqavilə “Aze-Test Təcrübi sınaq” MMC ilə 762,8 min manatlıq müqavilə olub.
Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Roksa” MMC -dir. Bu şirkətlə bağlanan 3 müqavilənin ümumi məbləği 440,1 min manat olub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Baş Dövlət Yol Polisi İdarəsi Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi | MMM İmproteks Motors | BMW535İ markalı avtomobilin təmir işləri | 10 000 |
Baş Dövlət Yol Polisi İdarəsi | Aze-Test Təcrübi sınaq MMC | xüsusi texniki vasitələrin dövri metroloji yoxlamadan keçirilməsi | 762 825 |
Baş Dövlət Yol Polisi İdarəsi | Sotiras MMC | Təhlükəsizlik jiletləri | 46 621 |
Baş Dövlət Yol Polisi İdarəsi | ModalServis MMC | Nəqliyyat vasitələrini idarəetmə hüququna dair sürücülük vəsqələrinin, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin erilməsi və dəyişdirilməsi üzrə fəaliyyət göstərən informasiya kommunikasiya texnologiyaları sistemi avadanlıqlarına göstərilən texniki qulluq , tımi və servis xidmətləri | 240 012 |
Baş Dövlət Yol Polisi İdarəsi | AN Global Services & Trading LTD | Baş Dövlət Yol Polisi İdarəsinin YPXA, Bakı DYPİ və respublikaının rayon DYPB-nin xidməti istifadəsində olan xüsusi nəzarət ölçü cihazları və Qeydiyyat İmtahan və texniki baxış şöbələrinin istifadəsində olan müayinə avadanlıqlarına göstərilən texniki baxış, texniki qulluq, servis işləri | 295 369 |
Baş Dövlət Yol Polisi İdarəsi | Caspian Sea İnternational company MMC | Xidməti istifadə üçün jezllər | 111 982 |
Baş Dövlət Yol Polisi İdarəsi | Pro-Group LTD | Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının 3,4-cü mərtəbələrindəki iş otaqlarının və yarımzirzəmisinin təmiri işləri | 450 000 |
Baş Dövlət Yol Polisi İdarəsi | Concept-CO MMC | Təsərrüfat malları | 288 948 |
Baş Dövlət Yol Polisi İdarəsi | Yol Nişan MMC | Mal-materiallar | 195 000 |
Baş Dövlət Yol Polisi İdarəsi | Roksa MMC | Evolis R3013 katriclər | 114 696 |
Baş Dövlət Yol Polisi İdarəsi | Roksa MMC | Dəftərxana ləvaimatları | 284 718 |
Baş Dövlət Yol Polisi İdarəsi | Roksa MMC | Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasının nəzarət kamerları ilə təchiz olunması işləri | 40 759 |