DİN-in Baş Dövlət Yol Polisi İdarəsi 2022-ci ilin tələbatına uyğun olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının, dövlət qeydiyyat şəhadətnamələri və sürücülük vəsiqələri üçün blankların istehsalı, habelə istehsal prosesinin təmin edilməsi üçün dəstləşdirici mal-materialların satın alınması məqsədilə açıq tender elan edir.
Bakı Sağlamlıq Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Ətraflı məlumatı Xırdalan, Binəqədi şosesi, 4 (Əlaqələndirici şəxs: Əvəz Məmmədzadə. telefon: +994125908160 ([email protected])) ünvanından almaq olar.
İştirak haqqı: LOT- 1: 3000 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi
VÖEN: 9900063851
H/h: AZ45CTRE00000000000002078506
Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN: 1401555071
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
SWİFT Bik: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü.
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər.
9. Sahibkarlıq subyektinin meyarına dair sənəd.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.10.2021-ci il saat 13:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.11.2021-ci il saat 13:00-a qədər Xırdalan, Binəqədi şosesi, 4 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 11.11.2021-ci il saat 13:00-da Xırdalan, Binəqədi şosesi, 4 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.