Baş Dövlət Yol Polisi “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar, avadanlıq və ehtiyyat hissələrinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Bakinity Distribution" MMC olub. Tenderin dəyəri 27 milyon 896 min 560.07 manatdır
Qeyd edək ki, şirkət bundan əvvəl Azərbaycan Standartlaşdırma İnstitutunun 27 min 296.94 manat dəyərindəki “Printer, komputer, notebook, scaner və kommutatorların satın alınması " tenderinin qalibi seçilib (10.11.2022).