Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinin alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasını əhatə edir.
- Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Həsən bəy Zərdabi 80 (Əlaqələndirici şəxs : Zahir Əliyev telefon : +994124345259) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :215 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 60 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- 11. Bank lisenziyası (Sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti) 12. İddiaçının son bir ildəki maliyyə vəziyyəti birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı; 13. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd (Malgöndərən (podratçı) tərəfindən hazırlanır); 14. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş); 15. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır); 10.05.2022 -ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir; 16. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti); 01.09.2022 -ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir; 17. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat; 18. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN işlər mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 01.09.2022-ci il tarixindən sonra alınmış arayış qəbul ediləcəkdir;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.01.2023 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 23.01.2023 17:00 qədər Həsən bəy Zərdabi 80 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 24.01.2023 17:00 tarixində Həsən bəy Zərdabi 80 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
E-şərtlər toplusunu tarixindən sonra əldə edə bilərsiniz.