"BakuBus" MMC nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üçün keçirdiyi tenderlərin 2-ni də 1 şirkət qazanıb.
Eləcə də bax: BNA yolun xətlənməsinə - MİLYON MANAT XƏCRLƏYƏCƏK
FED.az xəbər edir ki, “BakuBus” MMC tenderi qazanan "Aztech and Tegeta Motors" MMC ilə müqavilələr bağlayıb. Müqavilələrin ümumi məbləği 2 milyon 353 min 181 manat olub.
"BakuBus" MMC "Aztech and Tegeta Motors" MMC ilə mühərrikə aid 3817 ədəd ehtiyat hissələrin satınalınması üçün 989 min 767 manat, 1020 ədəd soyutma sisteminə aid ehtiyat hissələrinin satınalınması üçün 1 milyon 363 min 414 manat məbləğində müqavilələr bağlayıb.