"BakuBus" MMC tenderlərinin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, 4 tenderin 3-ün "Aztech and Tegeta Motors" MMC (cəmi 1 milyon 314 min 785 manat), 1-in "Aktiv Qrup" MMC (543 min 862 manat) qazanıb.
"BakuBus" MMC "Aktiv Qrup" MMC ilə İveco markalı avtobuslara texniki baxış və müntəzəm xidmət göstərilməsinə tələb olunan şamlar və başlıqların satınalınması üçün 543 min 862 manat;
"Aztech and Tegeta Motors" MMC ilə Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan elektrik komponentlərinə aid ehtiyat hissələrinin satınalınması üçün 429 min 29 manat; isitmə, kompressor və pnevmatik sistemlərinə aid ehtiyat hissələr üçün 415 min 172 manat; karkas detallarına aid ehtiyat hissələri üçün 470 min 584 manat məbləğlərində müqavilələr imzalayıb.
"BakuBus" MMC 4 tenderə ümumilikdə 1 milyon 858 min 647 manat xəcləyib.