BAKUBUS MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 8 lot üzrə keçirilir::
lot 1 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti
lot 2 - Baku Bus MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti
lot 3 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında və Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında olan Əmlakın (mebel, texnika və avadanlıq) Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti
lot 4 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) depo və dayanacaq məntəqələrində saxlanılması zamanı Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti
lot 5 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti
lot 6 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomibillərinin Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti
lot 7 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti
lot 8 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomobillərinin Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km (Əlaqələndirici şəxs :Ramiq Zeynalov, telefon :(012) 404-11-10) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 200 manat
lot 2 - 150 manat
lot 3 - 100 manat
lot 4 - 500 manat
lot 5 - 40 manat
lot 6 - 60 manat
lot 7 - 850 manat
lot 8 - 1600 manat
Hesab: | AZ59AZRT38050019440004549002 |
VÖEN | 1701622931 |
Bank: | Azər-Türk Bank Mərkəz filialı |
Kodu: | 501361 |
VÖEN: | 9900006111 |
M/H: | AZ02NABZ01350100000000022944 |
S.W.İ.F.T: | AZRTAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: Iddiaçının sığorta fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq dövlət orqanlarından verilmiş təsdiqedici sənədləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-02-20 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-02-28 11:00qədər Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-03-01 11:00 tarixində ’BakuBus’’ MMC-nin inzibati binası Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 yerləşən ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI