“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti satınalma işləri ilə bağlı 5 fərqli şirkətlə müqavilə bağlayıb.
FED.az xəbər verir ki, müqavilələr ümumilikdə 411468.92 manat təşkil edir.
Müqavilələrin şərtləri aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 02.04.2019-cu il tarixində keçirilmiş kotirovka sorğusunun konteynerlərin (3mx6mx2.6m) ölçülərdə satın alınması üzrə qalibi “REDLAN” MMC müəyyən edilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və “REDLAN” MMC arasında 34 284 manat dəyərində 15 aprel 2019-ci il kotirovka müqaviləsi imzalanıb.
2. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzeti 25.01.2019-cu il tarixində elan edilmiş ONT (1xPOTS, 4 xEthernet) modem və SC UPC Fast konnektorların satın alınması üzrə açıq tender prosedurunun qalibi “Muğan Ticarət Təchizat” MMC müəyyən edilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və “Muğan Ticarət Təchizat” MMC arasında 208 824.6 manat dəyərində 22 aprel 2019-ci il tarixli satınalma müqaviləsi imzalanıb.
3. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzeti 15.01.2019-cu il tarixində elan edilmiş Ofis və dəftərxana ləvazimatlarının satın alınması üzrə açıq tender prosedurunun qalibi “İnci Group of Companies” MMC müəyyən edilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və “İnci Group of Companies” MMC arasında 68 611.38 manat dəyərində 09 aprel 2019-ci il tarixli satınalma müqaviləsi imzalanıb.
4. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzeti 15.01.2019-cu il tarixində elan edilmiş yüklərin daşınması üçün çəngəlli dizel yükləyici, elektrik çəngəlli yükləyici (ştabler), transpalet və taxta paletlərin satın alınması üzrə açıq tender prosedurunun qalibi “UDT-Texnika" MMC müəyyən edilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və “UDT-Texnika" MMC arasında 48 942,86 manat dəyərində 09 aprel 2019-ci il tarixli satınalma müqaviləsi imzalanıb.
5. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzeti 15.01.2019-cu il tarixində elan edilmiş PKSV naqili (2x0.5) satın alınması üzrə açıq tender prosedurunun qalibi "BAKİNİTY" MMC müəyyən edilmişdir. “Bakı Telefon Rabitəsi” MMC və "BAKİNİTY" MMC arasında 50 806,08 manat dəyərində 09 aprel 2019-ci il tarixli satınalma müqaviləsi imzalanıb.
“Baktelekom” - dan 400 minlik – MÜQAVİLƏ
11:14
23 Aprel 2019