"Bakı Telefon Rabitəsi" MMC tenderin qalibini elan edib.
Dövlət Vergi Xidməti 9 milyonluq tenderə - YEKUN VURDU
FED.az xəbər verir ki, Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar EATS-431-Ələt ATS-i-Azad İqtisadi Zona arası FO kabelinin çəkilməsi və çəkilən FO-96 kabelindən Sahil, Sanqaçal, Qobustan, Ümid, Şıxlar ATS-ləri-Azad İqtisadi Zona arası kabel çəkilişi işlərinin görülməsi üçün (LSS-12811-XQ-4 və LSS-12811(Ə)-XQ-1,2,3,4,5,6,7) mal-materiallar və xidmətin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "AZINVEST TELECOM TECHNOLOGY" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Qalib şirkətə 2 milyon 831 min 457 manat ödəniləcək.