Azərbaycan Maliyyə Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.
Eləcə də bax: Nazirlik əsaslı təmir işləri üçün - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi Azərbaycanın “Bakinity Distribution” şirkəti seçilib. Şirkətlə dəyəri 46 min manatdan çox olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Bakinity Distribution” şirkəti nazirliyin inzibati binasında mühafizə sistemlərinin (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemi), daxili şəbəkənin, İP müşahidə sisteminin, iş vaxtının uçotu proqramı təminatının 2020-ci il ərzində texniki xidmətlər göstərəcək.