"Bakı Kristal Zalı" MMC mətbuat mərkəzində falş döşəmənin demontaj edilib yerində monolit dəmir - beton döşəmənin salınması, xidməti otaqların və istirahət güşəsinin tikintisi satın alınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iştirak haqqı 300 manatdır.
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Tender 09.12.2021-ci il saat 11:00 - a kimi davam edəcək.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Digər müvafiq sənədlər.
Əsas Şərtlər Toplusunda müəyyən edilmiş müvafiq sənədlər
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
Arayış 2021-ci ilin noyabr ayında verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surət
2020-ci il üzrə
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);Bank arayışı 2021-ci ilin noyabr ayında verilmiş olmalıdır.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçı tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti (sənədin notarial qaydada təsdiq edilməsi mütləqdir)
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Statistika Komitəsindən alınmalıdır. Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir)Arayış 2021-ci ilin noyabr ayında verilmiş olmalıdır.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. (Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir)Arayış 2021-ci ilin noyabr ayında verilmiş olmalıdır.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən)
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 30 bal
İşlərin icra müddəti
15
• İşlərin təhvil verilməsi üzrə təklif edilən müddət (müqavilənin bağlandığı tarixindən sonra 45 təqvim günündən çox olmamaqla) üzrə hesablama aşağıdakı kimi aparılacaqdır: (P) = (Т1) x (icra müddəti üzrə meyarın nisbi qiyməti) / (Т0) Burada: (P) – Meyar (icra müddəti) üzrə İddiaçının topladığı bal; (Т1) - İddiaçılar arasında işlərin təhvil verilməsi üzrə təqdim edilən ən aşağı müddət; (Т0) - müqayisə olunan təhvil verilmə müddəti.
İşlərin funksional xüsusiyyətləri
10
Şərtlər toplusunda göstərilmiş işlərin funksional xüsusiyyətlərə tam cavab verən təklif maksimum 10 bal, qismən cavab verən 5bal, cavab verməyən təklif qiymətləndirilməyəcək.
Avans ödənişi
5
Təklifdə avans ödənişini nəzərdə tutmayan iddiaçı maksimum 5 balla qiymətləndirilir. Əks halda ballar aşağıdakı düstüra əsasən hesablanacaqdır: Ba =T1* (30-T0) / 30 Ba - tələb olunan avans ödənişinin məbləği üzrə bal T1 – avans ödənişi tələb etməyən iddiaçının balı- 5 bal T0 – iddiaçının göstərdiyi avans ödənişinin məbləği (faizlə) *Qeyd : avans satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmamalıdır.
Qiymət təklifi:: 70 bal
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Müqavilənin məbləği 100 000 ABŞ dollarının manat ekvivalentindən çox olduğu təqdirdə İcraçı müqavilənin ümumi məbləğinin 2 % (iki faizini) təmin edən icra bank zəmanətini Sifarişçiyə təqdim edir.
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri
70
• Təklifin qiyməti üzrə bal (70 Bal) - hesablanarkən aşağıdakı düsturdan istifadə olunacaq: Ən aşağı qiymət təklifi verən iddiaçıya ən yüksək bal veriləcək. Digər iddiaçıların balları isə aşağıdakı düstürla hesablanacaqdır. Bt = T1 х 70: T0 Burаdа: Bt - tеndеr təklifinin qiyməti üzrə bal; T1- iddiаçılаr аrаsındа ən aşаğı qiymət təklifi; T0- konkret İddiаçının kоmissiyаyа təqdim еtdiyi qiymət təklifi.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender Komissiyası | Əlaqələndirici şəxs | [email protected] | 0124043152 daxili (210)) |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.