“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC “Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində PUA vasitəsilə Lidar çəkilişlərinin aparılması, 3D stereo modelin yaradılması, vektorlaşdırılması, naturada məlumatların toplanması və 3D ölçülü rəqəmsal kadastr xəritələrinin tərtibi məqsədi ilə işlərin satın alınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “4 Maps Bilgi Teknolojileri” MMC olub.
Şirkətlə 6 581 397 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə 16984.09 hektar ərazidə PUA vasitəsilə Lidar çəkilişlərinin aparılması və çəkilmiş şəkillər əsasında 3D stereo modelin yaradılması, həmin yaradılmış 3D model əsasında daşınmaz əmlak obyektlərinin 3D formatında vektorlaşdırılması işləri, 600 000 ədəd Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə daşınmaz əmlak obyektləri barədə naturada məlumatlarının toplanması işləri (parsellə) və toplanmiş atributiv kadastr məlumatlarının identifikasiya etməklə 3D ölçülü rəqəmsal kadastr xəritələrinin tərtibi işləri (parsellə) satın alınacaq.