"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (VÖEN – 1702563281) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 25 110 711 manat təşkil edir.
Tender 10 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 6 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 3 767 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Xələf Şıxəliyev -Mühəndis
[email protected]
+994 60 612 15 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 6 aprel 2026-cı il tarixinə qədər İstiqlaliyyət 18 ünvanına təqdim edə bilərlər.











