"Azərsu" ASC Bakının Xəzər rayonunun Şağan və Şüvəlan qəsəbələrinin (1), eləcə də Sabunçu rayonunun Ramana qəsəbəsinin (2) bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Nazirliyi maşın və avadanlıqlarla bu şirkət - TƏMİN EDƏCƏK - MƏBLƏĞ
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Bakımexanizasiyanəqliyyat" ASC və "Mühəndis Tikinti Layihə" MMC (1), "Arko Təmir Tikinti Şirkəti" MMC-dir (2).
Qalib şirkətlərə müvafiq olaraq 12,044 miLyon manat və 8,203 milyon manat, ümumilikdə isə 20,247 milyon manat ödəniləcək. (Report)