Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi "5 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki. tenderin qalibi "Super Servis" MMC (VÖEN: 1500221401) seçilib.
Tender müqaviləsinin dəyəri 201 600 manatdır.
Qeyd edək ki, şirkət həmçinin agentliyin 211 200 manat dəyərindəki “4 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinin qalibi seçilib (30.01.2023).