Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən elan edilən tenderin nəticələri açıqlanıb.
Bu ərazilərdə yerləşən köçkün evləri təmir ediləcək - TENDER ELANI
FED.az xəbər verir ki, sözügedən tender Bakı şəhərində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə keçirilib. Tender abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətini əhatə edir.
Tenderin qalibi "BİMD" QSC (VÖEN: 1504373601) olub. Qalib şirkətə 316 000 AZN ödəniş ediləcək.
Tender çərçivəsində aşağıdakı ünvanlarda yerləşən abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri aparılacaq:
-
Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 48
-
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 144
-
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, 68
-
Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101
Qeyd edək ki, "BİMD" QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüsalə Həbibova Əmirxan qızıdır. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 8 ünvanında yerləşir.