Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC Bakının 5 müxtəlif ərazisində dekabrın 20-dən 30-nə qədər (11 təqvim günü) kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Dövlət qurumu 30 milyon manatlıq müqavilə - İMZALADI
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Enerji Təchizat-1" MMC-dir.
Qalib şirkətə 198,5 min manat ödəniləcək. (Report)