"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi "İçərişəhər” və “Qala” Qoruqları ərazisində yaşıllaşdırma işlərinin satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır və təkliflərin son təqdim olunma tarixi və vaxtı 22.02.2022-ci il saat 10:00-a kimidir.
Təşkilati və hüquqi sənədlər:
Nizamnamə - mütləqdir;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - mütləqdir;
Maliyyə vəziyyəti haqqında bank arayışı - son bir il üzrə;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2021-ci il üzrə;
Qeydiyyatdan keçdiyi ölkə - mütləqdir;
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - son bir ay üzrə.