Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təmir işləri ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300390531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129
Satınalma predmeti: Bakı şəhəri, Abşeron, Qaradağ, Sabirabad və Ağcəbədi rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri.
ÜSL kod (kateqoriya): 45453000-7 Təmir və bərpa işləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 01.05.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.05.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.05.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 01.06.2023 15:00
Çatdırılma yeri - Bakı şəhəri Yasamal raronu Tbilisi prospekti 129,AR müxtəlif əraziləri.
Çatdırılma müddəti - Üç ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fariz Abbasov, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994124301530