Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azəıpoçt” MMC Bakı şəhərində yerləşən poçt şöbələrinin əsaslı təmin mebel və reklam avadanlıqları ila təchizı' layihəsi üzrə tender elan edir
Tender 6 LOT-da keçirilir:
LOT 1. 10 saylı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
LOT 2. 96 saylı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
LOT 3. 118 saylı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
LOT 4. 123 saylı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
LOT 5. 149 saylı poçt şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
LOT 6. 154 saylı poçt Şöbəsinin əsaslı təmiri, mebel və reklam avadanlıqları ilə təchizi
Tenderdə iştirak etmək üçün iddiaçılann qeydiyyatı və ilkin sənədlərin təqdim edilməsi 16 oktyabr 2019-cu il saat 18:00-a qədər apanlır.
İddiaçıların təklifləri (1 nüsxə əsli, 1 nüsxə surəti) Tender komissiyası tərəfındən 25 oktyabr 2019-cu il saat 18:00-a qədər Bakı şəhər, Səbail rayonu, Uzeyir Hacıbəyov küçəsi, 72 ünvanındakı binanın 3-cü mənəbəsində "Azərpoçt" MMC -nin Əsas vəsaitlərin idarəolunması Şöbəsində qəbul olunur. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
lddiaçılar tenderə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderda iştirak etmək haqqında müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının lender təklifı:
- iddiaçının tender ıəklifınin bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müəyyən edilir və təklifin qiymətinin ən azı 1 (bir) faizini təşkil etməlidir);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi və sosial müdafiə orqanlanndan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafıq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafıq qaydada təsdiq edilmiş surədən" (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının analoji iş təcrübəsini təsdiq edən sənədlər:
- tenderin əsas sealer toplusunda müəyyən edilmiş digər sənədlər;
- iddiaçı təqdim edəcəyi malların (işlərin və xidmətlərin) keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər;
- iddiaçı hər bir LOT-da iştirak etmək üçün müraciət edirsə, bu bənddə nəzərdə tutulmuş sənədləri hər bir LOT üzrə ayrı-ayrılıqda hazırlayaraq təqdim etməlidir;
- iddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma. eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Azərbaycan Respublikasından olan iddiaçılann tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş. müvafıq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük Əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
İddiaçılar hər bir LOT üzrə 200 manat məbləğində iştirak haqqını aşağıdakı bank hesabına köçürməlidirlər:
“Azərpoçt” MMC
VÖEN: 9900037711
Bankın adı: “Azərpoçt” MMC Kodu: 690001
VÖEN: 9900037711
Müxbir hesab: AZ76NABZ01350100000000094944
Hesab №-si: AZ82AZPO99995381000420000125
S.W.I.F.T.Bik: AZPOAZ22
İştirak haqqı hər LOT üzrə ayrı-ayrılıqda ödənməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Ödəniş haqqında sənəd qeydiyyat zamanı təqdim olunmalıdır.
Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq keçiriləcəkdir.
Tenderdə iştirak etməkdə maraqlı olan bütün iddiaçılar layihənin texniki tələbləri ilə bağlı əlavə məlumatlan “Azərpoçt” MMC-nin Əsas vəsaitlərin idarəolunması şöbəsindən ala bilərlər. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 72 ünvanındakı binanın 3-cü mərtəbəsində qəbul olunur.
Telefon: (99412) 493-56-00, faks: (99412) 493-00-37.
Tender təklifləri 28 oktyabr 2019-cu il saat 11:00-da iddiaçıların iştirakı ilə "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində (ünvan: Uzeyir Hacıbəyov küçəsi, 72) açılacaqdır.