LOT-1. "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 776-cı məhəllədə yerləşən Cümə məscidinin bərpa-gücləndirmə işlərinin davam etdirilməsinin satın alınması üzrə tender elan edir.
Bakıda geniş abadlaşdırma işləri başlayır, şirkətlər dəvət olunur - BÖYÜK TENDER ELANI - 1
FED.az xəbər verir ki, tenderdə iştirak ödənişi 1000,00 (bir min) AZN-dir və son müraciət tarixi 30.08.2022-ci il saat 11:00-a qədərdır.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədov, tel: (050)612-15-27) ala bilərlər.
İşlərin qısa təsviri:
Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi,
776-cı məhəllədə yerləşən Cümə məscidinin bərpa-gücləndirmə işlərinin davam etdirilməsi.
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN:1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT-IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri;
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar;
- analoji işlərdə təcrübə (Analoji iş dedikdə tarixi binaların bərba işləri nəzərdə tutulur).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Tender iştirakçıları tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.08.2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev 17 ünvanında yerləşən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-də 09.09.2022-ci il saat 11:00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər