Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan edir.
FED.az xəbər verir ki, qurum təhsil obyektlərinin tikintisi üçün tender elan edib.
Tikintisi nəzərdə tutulmuş obyektlər aşaəğıdakılardır:
Lot- 1. Nəsimi rayonu, 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən tikintisi işlərinin satın alınması.
Lot- 2. Xətai rayonu, 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpu-sun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların tikintisi işlərinin satın alınması.
Lot- 3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi işlərinin satın alınması.
Lot- 4. Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi işlərinin satın alınması.
Lot- 5. Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə kor-pusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisi işlərinin satın alınması.
Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsil təqdim edə bilərlər (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05). İştirak haqqı hər bir lot üçün 1000 (bir min) manatdır.