Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən Bakıda məktəblərin təmiri və tikintisi üçün Bakı şəhər icra hakimiyyətinə 20 milyon manat ayrılıb.
Maliyyə nazirliyinə bu vəsaitin ayrılması tapşırılıb. Bakı meriyasına isə tapşırılıb ki, işlər görüldükcə bununla bağlı hər rüb İqtisadiyyat Nazirliyinə versinhesabat versin.
Sərəncamla tikintisi və təmiri nəzərdə tutulan məktəblər aşağıdakılardır:
Sıra №-si |
Tədbirin adı |
Ayrılan vəsait (min manatla) |
İcrası başa çatan layihələr |
1 |
Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri |
6.240,0 |
2021 |
2 |
Sabunçu rayonunun Zabrat qəsəbəsində 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri |
5.280,0 |
2021 |
3 |
Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisi |
3.210,0 |
|
4 |
Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisi |
3.690,0 |
|
5 |
Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisi |
1.580,0 |
|
|
Cəmi |
20.000,0 |
|